MİRZƏ XƏZƏRİN ŞƏRHLƏRİ

Aviqdor Liberman istefa verdi, siyasi səhnə təmizləndi

Aviqdor Liberman istefa verdi. Çoxdan getməli idi, gecikib. Opportunizm buna deyirlər. Liberman ölkədə yaranmış gərgin şəraitdən öz xeyrinə istifadə etmək qərarına gəlib. Bu səbəbdən dərhal yeni seçki keçirilməsini tələb edib. Əbəs yerə. Əsas etibarilə rusdilli mühacirlərin səsi ilə siyasi səhnədə qalmağı bacaran Liberman siyasi vəziyyətə düzgün qiymət verə bilməyib. Hazırda onun “İsrail evimizdir” partiyasının 120 yerli Knessetdə-parlamentdə 5 deputatı var. ...

Read More »

9 noyabr

Əlamətdar gündür. 9 noyabr Azərbaycanda Bayraq bayramıdır-milli bayrağın 100-cü ildönümüdür. Təbrik edirik! 9 noyabr Almaniyada monarxiya-padşahlıq üsul idarəsinin süqut etməsi və ilk demokratik Respublikanın elan edilməsinin 100-cü ildönümü təntənə ilə qeyd edilir. Bir yubiley daha. 9 noyabr Almaniyada həmçinin ilk-1938-ci il Yəhudi Poqromlarının 80-ci ildönümü dövlət səviyyəsində yad edilir.

Read More »

Gömrükdə 26 milyard manatı kim yeyib?

“Bu il Gömrük Komitəsi tərəfindən 1 milyard manata yaxın dövlət büdcəsinə vəsait daxil olub. Azərbaycan 27 ildir ki, müstəqil dövlətdir. Hər il bir milyard daxil olsaydı, görün bu təkcə gömrük sahəsindən 27 milyard pul edirdi. Ancaq bu məbləğ hələ indi büdcəyə daxil olur.” Bunu deputat Vahid Əhmədov bildirib. Bəs 26 milyard manat hara gedib? Kim yeyib? Vahid Əhmədov deyir ki,  ...

Read More »

Mirzə Xəzər: Unudulmuş Müşfiqin sümüklərini axtarırlar

Prezident admministrasiyası və mədəniyyət naziri nakam şair Mikayıl Müşfiqin möhtəməl qalıqlarını axtarıb tapmaq üçün hərəkətə keçib. Təqdirəlayiq qərardır, amma Mikayıl Müşfiq 5 iyun 1908-ci ildə anadan olub və 2018-ci il iyunun 5-də onun 110 illiyi tamam oldu, lakin yubiley unuduldu. Və Müşfiq 6 yanvar 1938-ci ildə güllələnib. Yəni bu kədərli hadisənin 80 illik qara yubileyi 10 ay qabaq tamam olub. ...

Read More »

Mirzə Xəzər: Azərbaycanın Dövlət Müstəqilliyi günü

Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi günüdür. “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı 1991-ci il 18 oktyabr günü qəbul edildi. 1991-ci il dekabrın 25-də Mixail Qorbaçov istefa verdi. SSRİ dağıldı və dekabrın 26-da Kreml üzərindən SSRİ-nin qırmızı bayrağı endirildi. 1991-ci il dekabrın 29-da isə Azərbaycanda referendum keçirildi və xalq respublikanın dövlət müstəqilliyinə yekdilliklə tərəfdar çıxdı. Hamınızı təbrik edirik!

Read More »

Mirzə Xəzər: prezident damların qayğısına qalsın, yoxsa Qarabağın?

Azərbaycan dünyanın yeganə ölkəsidir ki, prezident damların təmiri ilə məşğul olur! Prezident Əliyev 436 binanın dam örtüyünü təmir etmək üçün 22 milyon manata yaxın pul ayırıb. Az pul deyil. Hamısını yeyəcək və üstündən su içəcəklər!:) Sonra da deyirlər Qarabağ azad edilmir. Necə azad edilsin axı-prezident damların qayğısına qalsın, yoxsa Qarabağın?)))) (c) Mirzə Xəzər

Read More »

Mirzə Xəzər: Nəhayət, bu günü də gördük!

Nəhayət, bu günü də gördük! Azərbaycanda sonuncu korrupsiyaçı məmur aşkar edilib. “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov tutduğu vəzifədən azad olunub və ürəyində yaranmış propblemlərlə əlaqədar Almaniyaya müalicəyə yollanıb. Azərbaycan korrupsiyadan təmizləndi! Gözünüz aydın olsun! Belə hakimiyyətdən kim inciyər? 100 manat oğurlayan 8 il həbsə girir, külli miqdarda dövlət əmlakını mənimsəyən məmur müalicə üçün Almaniyaya gedir!))))

Read More »

Amerika Suriyanı tərk etməz

American special forces in Manbij, Syria, near the border with Turkey, this month.CreditMauricio Lima for The New York Times Amerikanın Suriyanın Deyr-el-Zor əyalətinə nəzarət etməsi Rusiyanı ciddi surətdə narahat edir. Deyr-el-Zor sadəcə əyalət deyil, bu regionda zəngin neft yataqları vardır. Rusiya ABŞ-ın bölgədən çıxmasını istəyir. Təkcə Rusiya yox, Türkiyə də ABŞ-ın regionu tərk etməsini tələb edir. Lakin əbəs yerə. Fevralın ...

Read More »

Naxçıvan xanının doğum günü

Dünya Vasif Talıbovun doğum gününü qeyd edir! Heç bilirdiniz ki, iki universitet bitirən Naxçıvan xanı Vasif Talıbov Naxçıvan Ensiklopediyasının yeni ikicildlik nəşri (2005-ci il) və «Naxçıvan abidələri» ensiklopediyasının redaksiya heyətinin sədri, Naxçıvan Dövlət Universitetinin, Gürcüstan Şota Rustaveli adına Dövlət Universitetinin və Batumi Dövlət Universitetinin fəxri doktorudur? İndi bilin. Zarafat bir yana, “Vikipediya“nın alman dilində olan nəşrində Vasif Talıbov haqqında maraqlı ...

Read More »

Dövlət Departamentinin strateji Azərbaycan gedişi

    ABŞ Dövlət Departamentinin Azərbaycanda terror təhlükəsinə dair bəyanatının Azərbaycan xarici işlər nazirliyini təəccübləndirməsini anlayışla qarşılamaq lazımdır. Azərbaycan uzun illərdir Vaşinqtonda lobbiçilik fəaliyyətinə külli miqdarda vəsait ayırır. Amerika yəhudi lobbisi Azərbaycanı və Azərbaycan hakimiyyətini Vaşinqtonda təbliğ edir. Azərbaycan da qərbpərəst siyasət yeridir. Və bütün bunlara baxmayaraq, Amerika xarici işlər nazirliyinin rəsmi hesabatında Azərbaycanın terrorçu qrupların hədəfinə çevrilən qeyri-sabit ölkə ...

Read More »