ƏDƏBİ DÜNYAMIZ

Nazlı Ağayeva: Neft və əlibalalar səltənətində

Müəllif: Nazlı Ağayeva Mənbə: meydan.tv Tarix: 16 Aprel 2019 Əslində gənc heykəl məhbusu Bayramdan yazasıydım, gücüm çatmadı Dostum o qədər dürüst idi ki, az-çox ədalətli hesab olunan mən belə onun yanında özümü günahkar sayırdım. Mühasib ciddiliyinin altındakı xanım-xatınlığı isə başqa bir aləm idi. O kövrək və zərif aləmdən çox az adamın xəbəri vardı, dostum ömrünün çox hissəsinə çevrilmiş rəqəmlərin arasında ...

Read More »

Nazlı Ağayeva: Şamlar yandı, vətən çıraqban oldu…

Müəllif: Nazlı Ağayeva Mənbə: meydan.tv Tarix: 23 Mart 2019 Bu əhvalatı mənə Bahadur Tahirbəyov çox əvvəllər dostu və həmkarı Nəcəf Nəcəfovun ölümündən sonra danışmışdı Balaca vaxtlarımda paytaxtdan tətilə gələn tələbə qardaşımın pencəyini “təftiş edərək” qəşəng qələm axtarardım. Bir dəfə döş cibindən bayram şirniyyatı, şamlarla bəzədilmiş süfrə və yaraşıqlı bir kişinin şəkli olan ağ-qara açıqça tapdım. Aşağıda iki misra vardı: “Şamlar ...

Read More »

Nazlı Ağayeva: Kobud, zərif Üzeyir doxtur…

O qız necə olsa başının çarəsini tapacaqdı, bu yazıda söhbət baytar ixtisaslı adi təsərrüfat başçısının mütaliə sevgisindən, sözə, yaradıcılığa verdiyi dəyərdən gedir. Kitabxanaları yağmalayıb yerində cürbəcür alver yuvası açan yüksək səlahiyyətli müasir məmurlardan fərqli olaraq. Ki, həmin kitabsızların hansını qaldırsan altından “fəlsəfə doktoru”ndan tutmuş federasiya prezidentliklərinə, özəl təyyarələrə-zada qədər nə desən çıxar… *** Uşaqlığımın və gəncliyimin silinməz xatirələri ilə dolu ...

Read More »

Nazlı Ağayeva: ”Xalxın kişiləri” və heç zad…

Məcburi alçaqlıq belə, yenə də alçaqlıqdır. Bunu hər dəfə xatırlatmağa ehtiyac var…Yaxın dostumun tez-tez paylaşdığı fikrə görə Azərbaycanda bu gün hər diribaş qadının uğuru bir zəif kişinin istismarından keçir. Zəiflik və istismar qismi barədə heç nə deyə bilmərəm, amma son ayların ulduzuna çevrilmiş Zamirə Hacıyevanın simasında diribaş qadın gördük. O qadın ki, ən adi gündəlik tələbatlarını normal yerinə gətirə bilməyən ...

Read More »

Nazlı Ağayeva: Mənim firma qızım, uyan kəndçim və ”oxumuş” oxumayanlar…

  Mənim firma qızım, uyan kəndçim və ”oxumuş” oxumayanlar… Günlərin bir qız ev telefonumuza zəng vurur: – Salam, hər vaxtınız xeyir. Ölkədə ev telefonlarının sükutu adətən reklam firmaları tərəfindən pozulduğundan belə nəzakətli salamların ardınca nə gələcəyini təxminən bilirik: – Anan evdədir? Böyüklərdən kim var? Səsimi mümkün qədər böyüdüb izah edirəm ki, uşaq deyiləm və bu yaşımda gül kimi problemlərim qala-qala ...

Read More »

Nazlı Ağayeva: Heyvanlar və adamlar

Çantamı yığarkən ən çox arzuladığım şey evdən dərhal uzaqlaşmaqdı. Elə ki, qonşu Sevincgilin nərmənazik firuzəgöz “Büllur” pişiyi gəlib üzümə baxa-baxa əllərimi yaladı, çəkilib bir qıraqda oturdum. Büllur qucağıma atılıb pəncələrini ehtiyatla çiynimə qoydu. Başını qatmaq üçün ona yemək verib işimə qayıdanda Büllur qaçıb təzədən çantanın üstünə qalxdı. Onda mən həyətə düşüb köhnə çənin altında oturdum ki, Büllur düşəndə sivişib yuxarı ...

Read More »

Nazlı Ağayeva: Orda bir kənd vardı, başı dumanlı…

İANƏ VERMƏK Son vaxtlar “vətəni qoyub qaçmaq”, “dədə-baba yurdunu satıb başqa ünvanlara köçmək,” “əzizlərini zillətdə qoyub mühacirət etmək” kimi eyhamlı ifadələr dəbdədir. Bundan həm də ən çox o adamlar ləzzətlə danışırlar ki, heç xəyallarında o vəziyyətlərdə olmaq istəməzlər və olsaydılar da fərqli nümunə göstərməzdilər. O adamlar bu barədə susurlar ki, belə sınaqların hamısından ləyaqətlə çıxıblar və ömürlərinin sonuna qədər eyni ...

Read More »

Məlahət Ağacan Rübabə: 11 aprel – Azərbaycanın komediya günü

Məlahət Ağacan Rübabə     YAP-ın Stiven Hokinqi olan, hakimiyyətin qara dəliklərinin əsə-əsə keşiyini çəkən Baş nazir Artur Rəsizadə martın 16-sı Milli Məclisdə ölkənin on dörd illik iqtisadi inkişafını beş dəqiqəyə şərh etdi. Xüsusi kod səsləri ilə danışan Artur Rəsizadə dedi ki, kosmosdan aldığım siqnallara görə ölkəmizdə hər sahədə nəzərə çarpacaq inkişaf müşahidə edilib. Əlil arabası yerinə köməkçisini “sürən” Stiven ...

Read More »

Nazlı Ağayeva: Kəsilməkdə olan bizim nəslin son nağılları…

”Kino Mahmud”dan başlanan kino kimi həyat Böyük dünya barədəki təsəvvürlərimiz ayda iki-üç dəfə kəndə kino gətirən “Kino Mahmudun”un sayəsində gerçəkləşirdi. O kəndin adamları o qədər saf idilər ki, imkan olmayanda alçaq çəpərdən görünən kinoya Mahmud dayıdan icazə almamış baxmazdılar. Mahmud dayı da onlardan geri qalmayıb lentləri daşımağa kömək edən uşaqlara pulsuz adam keçirtmək haqqı vermişdi. Əslində məktəbin laxlayan qapısından “qanuni” ...

Read More »

Nazlı Ağayeva: Yanan məntiqin kabusu

Gündəm adamı deyiləm. Hadisələrin içinə düşüb qalıram, özümü hisslərin içindən çıxartmağa gücüm çatmır. Fakta operativ yanaşa bilmədiyimdən əsasən həyat hekayələri yazıram. Amma bu dəfə ölümdən qabaq ölən həyatsızların külə dönmüş hekayətlərinə yaxın düşə bilmədim. Sadəcə yazın ilk ayının əvvəlində od-alovla açılan səhər barədə uzun-uzadı düşündüm… O səhər “Respublika Narkoloji Mərkəzi” kimi təmtəraqlı söz yığınından ibarət ünvanın ibtidai daxmalardan ibarət məşum ...

Read More »