Caniklə Zamirənin 42 milyon dollarlıq təyyarəsi necə alınıb?

afp getty images

Mövzu tapıldı. Caniklə Zamirənin 42 milyon dollarlıq təyyarəsi necə alınıb? Bir həftə qabaq ingilis mətbuatı İlham Əliyevin qızlarının Londonda 60 milyon funt sterlinqə 2 ev almaq istədiyindən yazanda prezidentin mətbuat xidməti dedi ki, nə olar, Azərbaycanda sahibkarlıq sərbəstdir və qızlar Azərbaycan vətəndaşı olaraq bizneslə məşğul olub pul qazanırlar. Bəs Caniklə Zamirənin 42 milyon dollarlıq təyyarəsi necə alınıb? Prezidentin qızları iki mülkü necə almışlarsa, keçmiş nazir Hüseynqulu Bağırov nazir maaşı ilə Böyük Britaniya, Almaniya, Avstriya, Kipr, Çexiya, Türkiyə ilə yanaşı Latviyada da iri bizneslərə malikdirsə, quru maaşla işləyən, zavallı Kəmaləddin Heydərovun 235 şirkət və qurumu varsa, Bəylər Əyyubov 1200 manat aylıq əmək haqqı ilə kənd təsərrüfatı, heyvandarlıq sektorunun mühüm hissəsinə sahiblik edirsə, Caniklə Zamirə də təyyarəni o cür alıblar. Bura Azərbaycandır! Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*